01 iyun 2025 23:01
167

Şəkidəki Uşaq evi sosial xidmət müəssisəsində ədəbi-bədii proqram nümayiş olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.

Agentliyin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, tədbir iştirakçılarına ölkəmizdə uşaq hüquqlarının təminatı sahəsində görülən işlərdən danışılıb.

Müəssisə sakinləri tərəfindən təqdim edilən ədəbi-bədii proqram, müxtəlif musiqi və rəqs nümunələri xoş xatirələrlə yadda qalıb.

Xalq çalğı alətlərində ifa olunan musiqilər, “Xarıbülbül” və “İspan” rəqsi, Hüseyn Cavidin "Qız məktəbində" adlı əsərinə hazırlanan kompozisiya alqışlarla qarşılanıb.