02 iyun 2025 16:38
192

BSU beynəlxalq reytinqdə uğur qazanıb! 

Bakı Slavyan Universiteti (BSU) ilk dəfə olaraq iştirak etdiyi “Round University Ranking” (RUR) 2025 beynəlxalq reytinq cədvəlində dünya üzrə 1098 və Azərbaycan universitetləri üzrə isə  6-cı sırada yer alıb.

“İki sahil” xəbər verir ki,  RUR reytinq sistemi universitetlərin fəaliyyətini 20 indikator və 4 əsas sahə üzrə qiymətləndirir: tədris(40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%).

BSU-nun bu uğuru “Clarivate  Analytics” şirkətinin “Global İnstutional Profiles Project” platformasında və “Web of Science Core Collection” bazasındakı fəal bibliometrik göstəricilərinə əsaslanır.