04 iyun 2025 16:44
164

Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən qəsəbəsində seçiciləri  qəbul  edib

İyunun 4-də 11 saylı Binəqədi-Qaradağ  seçki dairəsi üzrə Milli Məclisin  deputatı Səbinə Xasayeva  Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında  seçiciləri ilə növbəti qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, deputat qəbulda seçicilərin fərdi qaydada müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə  seçicilərin müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.    

Qəbulda Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova və rayon icra hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə iştirak ediblər.