05 iyun 2025 17:21
162

İrandan Türkiyəyə 77 kiloqramdan çox narkotik vasitə aparılmasının qarşısı alınıb

Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “divar paneli” yükü aparan Türkiyə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.

“İki sahil” xəbər verir ki,  Dövlət Gömrük Komitəsindən bildiriblər ki, yoxlama zamanı yük nəqliyyat vasitəsində “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kiloqram 150 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırılma aparılır.