08 iyul 2025 12:29
123

Mbappe PSJ-yə qarşı iddiasını geri götürüb

Hücumçu Kilian Mbappe "Paris Saint-Germain" futbol klubuna qarşı mənəvi təzyiqə görə şikayətini geri götürüb.

“İki sahil” xəbər verir ki,  bu barədə L'Equipe nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Mbappe və onun ətrafı bu qərarı verib, çünki futbolçunun "diqqətini yalnız idman məsələlərinə yönəltməsi" lazımdır.

Daha əvvəl forvardın PSJ rəhbərliyini mənəvi təzyiqdə və onu müqavilə bağlamağa məcbur etmək cəhdində ittiham etdiyi bildirilirdi.

Mbappenin dediyinə görə, 2023-cü ildə klubla müqaviləni yeniləmək istəmədiyi üçün oyunlardan uzaqlaşdırılıb.