08 iyul 2025 13:34
111

Şeldon Rempal karyerasını "Vaşinqton"da davam etdirəcək

Kanadalı xokkeyçi Şeldon Rempal Milli Xokkey Liqasının (NHL) "Washington Capitals" klubu ilə bir illik müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "PuckPedia" məlumat yayıb.

Forvard əvvəllər Kontinental Xokkey Liqasında (KHL) mübarizə aparıb.

29 yaşlı forvardın maaşının 775 min dollar olacağı bildirilir. Rempal daimi çempionatda 68 oyun keçirib və bu oyunda 61 xal (31 qol + 30 məhsuldar ötürmə) toplayıb. Rempal 2024/25 mövsümündə KHL pley-offunun bombardiri olub. 19 oyunda 21 xal (8+13)