Serbiya polisi iyulun 8-nə keçən gecə sənədlərin yoxlanılması zamanı ölkə üzrə 18 nəfəri saxlayıb. Onlardan 16 nəfər qanun pozuntusunda ittiham olunur, 2 nəfər isə yalnız şübhəli şəxsdir.
“İki sahil” "Kommersant"a istiadla xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Polis həmçinin Belqrad da daxil olmaqla ölkə boyu yollardakı barrikadaların söküldüyünü bildirib.
Belqrad, Novi Sad və Uzicedə bir qrup şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi aksiya iştirakçılarından qanunsuz hərəkətlərdən çəkinməyi və yeni blokadalar yaratmamağı xahiş edib.
Serbiyanın “Vreme” qəzetinin məlumatına görə, bu gün paytaxtın müəyyən küçələrində yeni barrikadaların qurulması planlaşdırılır.