08 iyul 2025 22:30
91

Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olunub

Türkiyədə saxlanılan Adana bələdiyyə sədri Zeydan Karalar həbs olunub.

“İki sahil” Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə məhkəmə müvafiq qərar qəbul edib.

Adıyaman bələdiyyə sədri Abdurrahman Tutdere haqqında isə ev həbsi qərarı çıxarılıb.

Daha əvvəl Türkiyənin Antalya vilayətinin Manavqat bələdiyyəsinin sədri Niyazi Nefi Kara həbs edilib. Ümumilikdə isə Manavqat Bələdiyyəsi ilə bağlı rüşvət istintaqı çərçivəsində saxlanılan 31 şübhəlidən 25-i həbs edilib.