ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda təsdiqləyib.
"Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən də bunu təsdiqlədim", - o deyib.
Bundan əvvəl Amerika lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi onun gözlədiyindən də çətin olub.