09 iyul 2025 13:14
114

Berlində 35-ci Qlobal Qadın Sammiti keçirilib

“Women: Restoring Values in the Digital Age” – “Rəqəmsal dövrdə dəyərlərin bərpası” mövzusuna həsr olunmuş yubiley sammiti keçirilib.

“Sammitin əsas məqsədi qadınların iqtisadi gücləndirilməsi, onların biznes və liderlik sahələrində rolunun artırılması, eyni zamanda ölkələr arasında təcrübə və əməkdaşlıq platformasının yaradılması idi” deyə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyevaya məlumat verib.

“İki sahil” xəbər verir ki, o qeyd edib ki, sammit çərçivəsində qadınların iqtisadi liderliyinin gücləndirilməsi, rəqəmsal transformasiya dövründə gender təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə, gənc liderlərin cəmiyyətə təsiri və digər qlobal çağırışlar ətrafında müzakirələr aparılıb.

Hər il keçirilən bu beynəlxalq tədbirdə dünyanın 60-dan çox ölkəsindən qadın nazirlər, təşəbbüskarlar, biznes liderləri və ictimai fəallar iştirak edir. Bu ilki sammitdə Azərbaycan da təmsil olunub. Tədbir çərçivəsində iştirakçılar üçün yeni tanışlıqlar, ortaq təşəbbüslər və fikir mübadiləsi imkanları yarandı. Müzakirələr zamanı irəli sürülən ideyalar inkişaf, dayanıqlı əməkdaşlıq və qadınların qlobal proseslərdə aktiv rol alması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Belə nüfuzlu beynəlxalq forumu uğurla təşkil etdikləri üçün Sammitin prezidenti İrene Natividad və təşkilatçılara “Sağlamlığın Qorunması” İctimai Birliyi adından təşəkkürümüzü bildiririk.