09 iyul 2025 15:32
128

Dünya bazarlarında misin qiymətləri artır, SƏBƏBİ...

Dünən axşam saatlarında birjalarda mis fyuçersləri Donald Trampın bu metala idxal tariflərini 50% artırmağı planlaşdırdığını elan etdikdən sonra 15-20%-dən çox bahalaşıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın Comex əmtəə birjasında mis kontraktları 17%, London Metal Birjasında (LME) isə 24% bahalaşıb.

Bu səhər Nyu-York müqavilələri Şanxayda bir funt üçün 5,51 dollara, LME birjasında bir ton üçün 9,627 dollara satılıb.

Mütəxəssislər qeyd edirlər ki, Donald Tramp misə belə yüksək idxal rüsumları tətbiq etmək qərarı elektronikadan tutmuş avtomobillərə və tikintiyə qədər misin istifadə olunduğu digər bazarlarda zəncirvari reaksiyaya səbəb ola bilər.

CNBC-yə müsahibə verən ABŞ-ın ticarət naziri Hovard Lutnik bildirib ki, onun departamenti artıq xarici ölkələrin mislə bağlı ticarət siyasətləri ilə bağlı araşdırmanı başa çatdırıb. Nazir yeni rüsumların iyulun sonu və ya avqustun əvvəlində tətbiq oluna biləcəyini gözləyir.