09 iyul 2025 16:46
132

“Qarabağ”ın bir neçə futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq

“Qarabağ” akademiyasının bir neçə futbolçusu İspaniyanın “Levante” klubunun düşərgəsinə yollanacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı futbolçular Valensiya təmsilçisinin düşərgəsində hazırlıq keçəcəklər: “İyulun 6-da “Sərhədçi” İdman Mərkəzində oyunçuların valideynləri və “Levante” klubunun rəsmiləri arasında görüş oldu. Qərara alındı ki, bizdən İspaniya təmsilçisinin düşərgəsinə futbolçular yollansınlar. Toplanış bir və ya iki ay olacaq. “Levante”yə hansı yaş qrupunun gedəcəyi və adlar barədə məlumat qarşıdakı günlərdə bəlli olacaq. Bunun üçün tarix seçilməlidir. Valideynlərin fikirləri dinləniləcək”.

Qeyd edək ki, “Qarabağ” “Levante” ilə yanaşı, İtaliyanın köklü klublarından “Udineze” ilə də əməkdaşlıq edir.