NATO müttəfiqləri sonradan Ukraynaya təhvil vermək üçün ABŞ-dan təkcə müdafiə deyil, həm də hücum silahları ala bilərlər.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
Portal ABŞ prezidenti Donald Trampın Amerika müttəfiqlərinin ABŞ-dan silah alıb sonra onları Ukraynaya təhvil verəcəyi ilə bağlı bəyanatını hazırkı Vaşinqton administrasiyasının siyasətində “əhəmiyyətli dəyişiklik” kimi qiymətləndirir.
Bildirilib ki, ola bilər ki, söhbət “təkcə hava hücumundan müdafiə sahəsində dəstəkdən” deyil, həm də “digər şeylər arasında hücum silahlarının satışından” gedə bilər.