11 iyul 2025 15:41
118

"Volkswagen" Çindəki zavodunu bağlayır

Almaniyanın Volkswagen Group avtomobil konserni tarixində ilk dəfə olaraq Çindəki zavodunu bağlayır.

“İki sahil” "Handelsblatt"a istinadla xəbər verir ki, sənaye obyekti ilin ikinci yarısında bağlanacaq.

Qəzetin məlumatına görə, “Volkswagen”in Çinin SAIC şirkəti ilə Nankindəki birgə müəssisəsində istehsal artıq dayandırılıb.

Nəşr qeyd edir ki, zavodun bağlanmasına logistikadakı çətinliklər səbəb olub. Müəssisənin ərazisi şəhər rəhbərliyinin mülkiyyətinə qaytarılacaq. Öz növbəsində istehsal şirkətin qonşu Yizheng şəhərindəki zavoduna veriləcək.

2024-cü ilin dekabrında Almaniya müəssisələrinin demək olar ki, 40%-nin iş yerlərini ixtisar etmək niyyətində olduğu bildirildi.