11 iyul 2025 08:23
152

Fransanın Sen-Trope limanında superyaxta yanıb

Fransanın cənub-şərqindəki Sen-Trope limanında Malta bayraqlı “Sea Lady II” superyaxtası yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi yanğın xidmətindəki mənbələrə bildirib.

Məlumata əsasən, 10 iyul saat 20:15 radələrində dayanan yaxtada naməlum səbəbdən yanğın baş verib. Yanğınsöndürənlər gəmiyə daxil ola bilmədiklərindən yanğını söndürməkdə çətinlik çəkirlər. Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib.

Yanğınsöndürmə xidmətinin sözçüsü 41 metrlik gəminin batacağını ehtimal edib.