11 iyul 2025 08:50
113

Ağ Evin tarifləri ləğv olunmasa, Braziliya ABŞ mallarına gömrük rüsumları tətbiq edəcək

ABŞ rəhbərliyi Braziliya məhsullarına əvvəlcədən elan edilmiş 50 % tarifləri həmin tarixə qədər qaldırmasa, Braziliya avqustun 1-dən ABŞ mallarına güzgü rüsumları tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, bunu Cənubi Amerika respublikasının lideri Luis İnasiu Lula da Silva yerli "Jornal Nacional" qəzetinə müsahibəsində deyib.

“ABŞ-dən rüsumların qaldırılması ilə bağlı qərar olmasa, biz avqustun 1-dən qarşılıqlılıq prinsipinə keçəcəyik”, - o qeyd edib.