11 iyul 2025 11:18
93

Finlandiya rəsmən piyada minalarını qadağan edən konvensiyadan çıxdı

Finlandiya Piyada Əleyhinə Minaların Qadağan Edilməsi Haqqında Ottava Konvensiyasından çıxması ilə bağlı Birləşmiş Millətlər Təşkilatlarına bildiriş göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

“Finlandiya 10 iyul 2025-ci il tarixində Piyada Əleyhinə Minalar haqqında Ottava Konvensiyasından çıxması ilə bağlı sənəd təqdim edib. Çıxış 2026-cı ilin yanvar ayında qüvvəyə minəcək. Finlandiya Konvensiyanın humanitar hədəflərinə dəstək olmağa davam edəcək”, - deyə məlumatda qeyd olunur.

Finlandiya Xarici İşlər Nazirliyi əlavə edib ki, ölkənin konvensiyadan çıxması beynəlxalq hüquq çərçivəsindəki digər öhdəliklərinə təsir göstərməyəcək.