24 iyul 2025 09:56
166

Ermənistana təbii qaz təchizatı dayandırılacaq

Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“İki sahil” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Qazprom Armenia"nın məlumatında bildirilib.

"Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax-Saquramo" (DN 1000) hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.