İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
***
Göyərtəsində 46 nəfərin olduğu An-24 sərnişin təyyarəsi Amur vilayətində əlaqə itib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
“Anqara Hava Yollarına məxsus “An-24” təyyarəsi Tynda hava limanından bir neçə kilometr aralıda yerləşən keçid məntəqəsində əlaqə saxlamaq mümkün olmayıb”, - agentliyin mənbəsi bildirib.
Fövqəladə hallar xidmətlərinin məlumatına görə, təyyarə Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu üzrə uçurdu. Təyyarənin axtarışı təşkil edilib.
Fövqəladə Hallar Nazirliyi Amur vilayətində “An-24” sərnişin təyyarəsinin itdiyini təsdiqləyib; Onun axtarışına xilasedicilər göndərilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”