Hollandiyanın Ukrayna Silahlı Qüvvələri üçün alacağı Amerika silah paketinə hava hücumundan müdafiə sistemləri, döyüş maşınları, artilleriya və döyüş sursatları daxil olacaq.
“İki sahil” xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans deyib.
"Bu 500 milyon avronun böyük hissəsi hava hücumundan müdafiəyə, yəni qismən Patriot sisteminin komponentlərinə, eləcə də raketlərə xərclənəcək. Hava hücumundan müdafiə sistemi olan "Hawk" sistemi də bu siyahıya daxildir", - deyə, nazir bildirib.
Bundan başqa, onun sözlərinə görə, silah paketinə döyüş maşınları, artilleriya, müxtəlif döyüş sursatları daxildir.
Bundan əvvəl Amerikanın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirmişdi ki, ABŞ-ın avropalı müttəfiqləri Kiyev üçün təkcə müdafiə sistemləri deyil, həm də artilleriya mərmiləri, güllələr və digər sursatlar alacaqlar.