05 avqust 2025 12:34
113

Hindistan rupisi Trampın təhdidləri fonunda dəyər itirir

Birjadankənar Forex bazarında ABŞ dollarının Hindistan valyutasının məzənnəsi 1 dollar üçün 88,102 rupiyə çatıb.

“İki sahil” xəbər verir ki, Hindistan valyutası tarixi minimumunu yeniləyib.

Investing.com portalının məlumatına görə, artım səngiyib - dolların məzənnəsi 87,8 rupi səviyyəsində ticarət olunur.

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Hindistan mallarına 25% rüsum tətbiq edəcəyini bildirmişdi. Səbəblər arasında o, Hindistanın Rusiyanın enerji resurslarının ən böyük alıcılarından biri olmasını göstərib. Bu həftə Tramp ölkəni Rusiyadan davam edən neft alışına görə rüsumların əhəmiyyətli dərəcədə artırılması ilə hədələyib.

Hindistan iddiaları əsassız hesab edir.