Alyans üzvlərindən birinə hücum zamanı kollektiv müdafiəni nəzərdə tutan NATO Nizamnaməsinin 5-ci maddəsinin qüvvəsi Hind-Sakit okean regionunda tərəfdaş ölkələrə şamil edilməyəcək.
“İki sahil” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Mən bunun baş verəcəyini düşünmürəm. Amma biz görürük ki, NATO ilə əməkdaşlıq sayəsində Hind-Sakit okean regionunun dörd ölkəsi, Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya daha da güclənir. Çin bir gün Tayvana hücum etmək qərarına gəlsə, bu hücumla məhdudlaşmayacaq", - Mark Rutte Praqada jurnalistlərə bildirib.
Bu haqda RİA Novosti məlumat yayıb. O, Çindən gələ biləcək təhlükə ilə bağlı sualı belə cavablandırıb.