04 sentyabr 2025 13:29
109

Çin nümayəndə heyəti son 7 ildə ilk dəfə...

Çin rəsmilərindən ibarət nümayəndə heyəti payızda Avropa Parlamentinə səfər edəcək və Avropa qanunvericiləri ilə yeddi ildən sonra ilk danışıqlarını aparacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Politico-ya Avropa Parlamentinin üzvü, Aİ-Çin parlamentlərarası nümayəndə heyətinin rəhbəri Engin Eroğlu məlumat verib.

Onun sözlərinə görə, Avropa tərəfi gələn ilin may ayında Çinə cavab səfərini planlaşdırır.

Çin nümayəndə heyətinin Avropa Parlamenti ilə görüşünə hazırlıq son mərhələdədir. Onların gəlişi oktyabrın ortalarına və ya noyabrın əvvəllərinə planlaşdırılır. Engin Eroğlunun sözlərinə görə, onlar Rusiya-Ukrayna münaqişəsini, ticarət məsələlərini, BMT-nin işini müzakirə etməyi planlaşdırırlar.