04 sentyabr 2025 15:20
91

Bloomberg: Aİ Rusiyanın Ukraynaya yeni hücuma hazırlığından narahatdır

Avropa liderləri Rusiyanın Ukraynaya yeni hücuma başlayacağından getdikcə daha çox narahat olurlar.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

Nəşrin mənbələri bildiriblər ki, ötən həftə Almaniya və Fransa rəsmiləri “Rusiya qoşunlarının Pokrovsk yaxınlığında cəmləşdirilməsini” müzakirə ediblər.

Nəşr qeyd edir ki, şəhəri ələ keçirmək Rusiyanın daha böyük Kramatorsk və Slavyansk üzərində hücumuna yol açacaq.

Bloomberg mənbələri bildiriblər ki, Parisdə “istəklilər koalisiyası”nın hazırkı toplantısı Ukrayna üçün təhlükəsizlik təminatlarına dair Avropa səviyyəsində danışıqların nəticələrini yekunlaşdırmaq məqsədi daşıyacaq. Mənbələrin sözlərinə görə, avropalılar ABŞ-dan konkret öhdəliklər götürməyi tələb etmək və Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə sövq etmək istəyirlər.