Almaniya Ukraynanın təhlükəsizliyinə zəmanət kimi ordu göndərilməsi ilə bağlı uyğun vaxtda qərar qəbul etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.
Onun sözlərinə görə, bu, ABŞ-ın iştirakının mahiyyəti və miqyası aydın olanda, həmçinin danışıqlar prosesinin nəticələrinə əsaslandıqda baş verəcək.