04 sentyabr 2025 22:34
111

NATO-nun 10-dan çox ölkəsi Baltikyanı ölkələrdə təlimlər keçirir

Baltik dənizində Almaniya hərbçilərinin rəhbərlik etdiyi "Quadriqa" beynəlxalq təlimləri keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla, NATO-nun 14 ölkəsindən 8 mindən çox şəxsi heyət iştirak edir. Bundesver komandanlığına 40 gəmi, 20 təyyarə və 1 800-dən çox texnika cəlb olunub.

"Quadriga" çərçivəsində sentyabrın 4-də Almaniyanın Rostok limanından bərə ilə hərbi texnikanın korvet, minaaxtaran gəmi, helikopter və polis qüvvələrinin müşayiəti ilə Litvanın Klaypedasına daşınması məşq edilib. Əməliyyatı Almaniya komandanlığı və digər ölkələrdən olan zabitlər müşahidə ediblər.

Hərbçilər həmçinin PUA-ları və ekipajsız qayıqları ələ keçirməyi məşq edirdilər; manevr zonasında "Eurofighter Typhoon" qırıcıları görünüb.

"Quadriga" təlimlərinin dəqiq tarixləri açıqlanmayıb; onlar bir neçə həftə davam edə bilər.