05 sentyabr 2025 23:46
110

Livan hökuməti "Hizbullah"ı tərksilah etmək planını təsdiqləyib

Livan hökuməti "Hizbullah"ı tərksilah etmək planını təsdiqləyib.

“İki sahil” "Lebanon 24" xəbər portalına istinadla xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında ölkənin informasiya naziri Pol Morkos deyib.

Məlumata  görə, Livan ordusu mövcud imkanlara uyğun olaraq bu planı həyata keçirməyə başlayacaq.

"Biz Livan ordusuna dəstək vermək üçün bir neçə ölkədən öhdəliklər almışıq. Hökumət ordunun gələcəyi və onların müzakirələri ilə bağlı məxfiliyi qorumağa qərar verib", - o deyib.