06 sentyabr 2025 14:29
120

Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin keçmiş rəhbəri istintaq altındadır

Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarovun rəhbər vəzifələrdə olduğu müxtəlif dövrlərdə səlahiyyətlərini aşması, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə istintaq başlanıb.

“İki sahil”in Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bütün cinayət işləri üzrə xüsusi prokurorların rəhbərliyi altında istintaq-əməliyyat qrupları yaradılıb.

Qazaxıstan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır.