İsrail husilərin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə cəhdlərinə cavab verməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib.
"Biz vətəndaşlarımızın təhlükəsizliyinə yönəlmiş istənilən təhdidlərə cavab verəcəyik", - o, Yəməndəki husilərin kimyəvi silah istehsalına başlaması barədə məlumatları şərh edərkən vurğulayıb.
Daha əvvəl Yəmənin informasiya naziri Müəmmar əl-İryani bildirmişdi ki, ölkə ərazisinin bir hissəsinə nəzarət edən husilər İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş komponentlərdən istifadə edərək kimyəvi silah hazırlayırlar.