08 sentyabr 2025 09:12
117

Tramp Belarusda siyasi məhbusların azad ediləcəyini gözləyir

Belarus prezidenti Aleksandr Lukaşenko yüzlərlə siyasi məhbusu tezliklə azad edə bilər.

İki sahil”in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Reuters” yazır ki, Trampın sözlərinə görə, söhbət 1400-1500 məhbusdan gedir ki, onların da əksəriyyəti siyasi məhbusdur: “Hələ də 1400 və ya 1500 (məhbus) var və biz onları azad etmək barədə Lukaşenko ilə danışmışıq. Onların bəziləri siyasidir. Mən hesab edirəm ki, onların çoxu siyasidir. Onların bir çoxu çox yaxın gələcəkdə hansısa anda azad oluna bilər”.

Eyni zamanda, Ağ Ev rəhbəri Aleksandr Lukaşenkonu “çox hörmətli insan” adlandırıb. Lakin Lukaşenkodan danışarkən Tramp “prezident” sözünü işlətməyib, daha çox “Belarus lideri” ifadəsini işlədib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”