08 sentyabr 2025 14:43
106

"Bloomberg": BRICS-in Sammitindən sonra birgə Bəyanat olmayacaq

BRİCS ölkələrinin başçıları Braziliyanın ABŞ-ın ticarət siyasətini müzakirə etmək üçün çağırdığı fövqəladə sammitdən sonra birgə bəyanat qəbul etməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə mənbəyə istinadla Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, sammit iştirakçılarının çıxışları jurnalistlər üçün qapalı olacaq. Sammit onlayn rejimdə keçiriləcək və bir neçə saat davam edəcək. İclasın yekunlarına dair bəyanatın dərc edilməsi barədə qərar hər bir ölkə tərəfindən ayrıca veriləcək.

Braziliya prezidenti Lula da Silva bildirib ki, sentyabrın 8-də keçiriləcək görüşdə BRİKS ölkələrinin başçıları ABŞ-dan gələn tariflərə və sanksiyalara qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər.