2022-ci ilin əvvəlindən Avropa müdafiə startapları 2,4 milyard avro vençur sərmayələri cəlb edib, bu məbləğin 1,4 milyard avrosu 2025-ci ilin əvvəlindən toplanıb. Beləliklə, bu cür investisiyalar əvvəlki illərlə müqayisədə on dəfə artıb: 2020-ci ildə cəmi 30 milyon avro, 2021-ci ildə 150 milyon avro təşkil edib. Avropanın üç müdafiə startapının kapitallaşması 1 milyard avronu ötüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Müdafiə startaplarına investisiyaların kəskin artması Ukraynada hərbi münaqişənin başlanmasından sonra Aİ-də silaha ayrılan xərclərin ümumi artımı, eləcə də bu ilin fevralında ABŞ-ın vitse-prezidenti J.D.Vens Avropanın təhlükəsizlik siyasətini tənqid etdiyi Münhen Konfransı ilə əlaqələndirilir.
Bildirilib ki, NATO-ya üzv olan Avropa ölkələrinin ümumi müdafiə xərcləri 2030-cu ilə qədər 1 trilyon avroya qədər artacaq.