08 sentyabr 2025 11:07
106

Aİ-yə sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb

Bu ilin ilk altı ayında Avropa İttifaqında (Aİ) sığınacaq üçün müraciətlərin sayı 23 % azalıb. Buna səbəb suriyalıların sayının əhəmiyyətli dərəcədə azalması olub.

“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi (EUAA) bildirib.

Agentliyin məlumatına görə, suriyalılar Aİ-nin 27 ölkəsində, həmçinin İsveçrə və Norveçdə 25 minə yaxın sığınacaq üçün müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66 % azdır.

Buna səbəb kimi 2024-cü ilin dekabrında Suriya hökumətinin dəyişməsi göstərilir.

"Yeni Suriya hakimiyyəti bərpanın tərəfdarı olduğu üçün bir çox suriyalı evlərinə qayıtmağa daha çox ümid edir", - EUAA-nın hesabatında bildirilib.