Möhkəm sülh və ümumbəşəri tərəqqi naminə kompromislər axtarmaq lazımdır, “pis sülh yaxşı mübahisədən yaxşıdır”.
“İki sahil” Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.
Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Buna görə də Qazaxıstan Alyaskada keçirilən Rusiya-Amerika sammitinin nəticələrini, həmçinin Prezident Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh Bəyannaməsinin imzalanmasını alqışlayıb”.