Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan Rusiya əleyhinə sanksiyaları əlaqələndirmək üçün ABŞ-a gedib.
“İki sahil” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Ulof Gill bildirib.
"Mən təsdiq edə bilərəm ki, bizim sanksiyalar üzrə xüsusi elçimiz David O'Sullivan Vaşinqtonda Aİ nümayəndə heyətinə rəhbərlik edir və o, sanksiyaların koordinasiyası üzrə danışıqlar aparacaq", - Olof Gill deyib.
Daha əvvəl AFP xəbər vermişdi ki, sentyabrın 8-9-da Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan Vaşinqtonda Amerika tərəfi ilə Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq. Digər məsələlərlə yanaşı, tərəflər Rusiyaya qarşı Avropanın 19-cu məhdudiyyətlər paketinin məzmununu müzakirə edəcəklər.
Bloomberg agentliyi mənbələrə istinadən xəbər verir ki, Aİ ölkələri Rusiya Federasiyasının təxminən altı bankına və enerji şirkətinə təsir edəcək 19-cu anti-Rusiya sanksiyalar paketinin tətbiqini nəzərdən keçirir.