Çinin Baş Gömrük İdarəsinin (GAC) məlumatına görə, avqust ayında ölkənin ixracı illik müqayisədə 4,4% artaraq 321,8 milyard dollar təşkil edib. Altı ayda tədarükün minimum artım tempi həm yüksək baza effekti, həm də ABŞ-ın tarif siyasəti ilə izah olunur: rüsumların davam etməsi fonunda Çinin ABŞ-a ixracı 11,7% azalıb. Çinin “itirilmiş” tədarükün diversifikasiyasını davam etdirməsinə baxmayaraq, Rusiya ilə ticarət dövriyyəsi artmır, əksinə azalır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Məlumata görə, Çinin müsbət xarici ticarət balansı iyulda 98,2 milyard dollar və keçən ilin eyni ayında 91,3 milyard dollardan sonra avqustda 102,3 milyard dollara yüksəlib.
Zəif daxili tələb fonunda idxal 1,3% azalaraq 219,4 milyard dollar olub. İxrac illik müqayisədə 4,4% artaraq 321,8 milyard dollara çatıb, lakin bu, son altı ayın ən aşağı göstəricisidir.
Amerika rüsumları da ixracın dinamikasına təsir edib.