Samvel Karapetyan məhkəmənin qərarı ilə həbsdə qalacaq.
“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu biznesmenin vəkili Aram Vardevanyan deyib.
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyib.
Qeyd edək ki, Karapetyan iyunda iki ay müddətinə həbs edilib. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunurdu.
Avqustun ortalarında məhkəmə onun həbs müddətini iki ay uzadıb.