05 oktyabr 2025 23:46
117

"HƏMAS" silahları təhvil verəcəyi ilə bağlı iddiaları təkzib edib

"HƏMAS" siyasi bürosunun üzvü Mahmud Mardavi mətbuatda hərəkatın ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planının bir hissəsi olaraq silahları yerə qoymağa razı olduqları barədə yayılan xəbərləri təkzib edib.

“İki sahil” xəbər verir ki, bəyanat Fələstin qrupunun "Telegram" kanalında dərc olunub.

"Al Hadath": "HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə hazırdır

"Mahmud Mardavi Qəzza zolağında atəşkəs danışıqlarının gedişi və hərəkatın silahların təhvil verilməsi ilə bağlı mövqeyi ilə bağlı "Al Hadath" televiziyası və bəzi digər KİV-lərin səsləndirdiyi yalan iddiaları təkzib edib", - deyə məlumatda bildirilir.