Fici Respublikasına məxsus Kandavu adasının cənub-qərb sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri əhalisi 10 mindən çox olan adadan 35 km cənubda yerləşib. Yeraltı təkanların ocağı təxminən 550 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.