Türkiyənin Suriya məsələsində təmkinli davranışı acizlik kimi qəbul edilməməlidir.
“İki sahil” "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyanın ərazi bütövlüyü Türkiyə üçün prioritetdir:
"Suriyada sabitliyi pozmaq cəhdlərinə heç vaxt icazə verməyəcəyik. Türkiyə bütün prosesləri yaxından izləyir. Biz səbirli davranışımız heç vaxt acizlik kimi qəbul edilməməlidir. Suriya Demokratik Qüvvələri verdiyi sözə əməl etməli, yerli hakimiyyətlə inteqrasiyanı tamamlamalıdır".
Ərdoğan bir daha xatırladıb ki, istiqamətini Ankara və Dəməşqə çevirənlər qazanacaqlar:
"Türk, kürd və ərəb ittifaqı bölgədə əbədi sülh və əmin-amanlığın açarıdır. Heç kəs təxribatlara aldanmamalı, yanlış həvəsə düşməməlidir. Suriyanın ərazi bütövlüyü bizim üçün prioritetdir. Bunun əleyhinə olan mövqeni qəbul etmək mümkün deyil. Suriya rəhbərliyi də bizimlə eyni fikirdədir. Türkiyə olaraq Suriya xalqının yanında olmağa davam edəcəyik".