08 oktyabr 2025 12:54
99

TDT-nin 13-cü Zirvəsi Türkiyədə, Qeyri-rəsmi Zirvə görüşü isə Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvə Görüşü isə Qazaxıstanda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə TDT dövlət başçılarının Qəbələ Bəyannaməsində qeyd olunub.

Vurğulanıb ki, bu barədə məsələ oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan, Qazax, Qırğız, Türk və Özbək dillərində təsdiqlənib.