Ukrayna və Böyük Britaniya hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində işçi qrupunun yaradılmasını planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal bildirib.
"Beynəlxalq Müdafiə Sənayesi Forumu çərçivəsində Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi və Ukrayna Müdafiə Nazirliyi arasında LYRA proqramı – döyüş meydanı texnologiyaları sahəsində tərəfdaşlıq ilə bağlı niyyət bəyanatı imzalanıb. Bununla yanaşı, iki ölkə proqram çərçivəsində birgə layihələri əlaqələndirəcək işçi qrupunun yaradılması barədə razılığa gəlib", - D.Şmıqal yazıb.