Fransanın sağçı Respublikaçılar Partiyasının lideri Bruno Retayo ölkənin baş naziri vəzifəsinə yenidən təyin edilmiş Sebastyan Lekornyunun yeni hökumətinə daxil olmaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
"Biz bu hökumətə daxil olmamalıyıq. Mən bu Nazirlər Kabinetində olmayacağam", - B.Retayo öz tərəfdarları ilə görüşdə deyib.
Onun fikrincə, bu hökumət uzun müddət davam gətirməyəcək.