11 oktyabr 2025 14:47
135

İtaliyada yaşayış binasında yanğın olub, 3 nəfər ölüb

İtaliyanın Milan şəhərindəki 4 mərtəbəli yaşayış binasındakı mənzillərin birində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Binadan ümumilikdə 40 nəfər təxliyə edilib, 8 nəfər yüngül xəsarət alıb, 19 nəfər isə tibbi müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.