11 oktyabr 2025 20:32
147

Biləsuvarda traktor, Saatlıda traktorun qoşqusu yanıb

Biləsuvar şəhərində "Belarus" markalı traktorun qoşqusuna yığılan 1,5 ton pambığın 30 kiloqramı yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, pambığın qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumata görə, Saatlı rayonunun Günəşli kəndində isə “T-80” markalı traktorun qoşqusunun təkərləri və qoşquya yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.