Bu gün saat 20:30 radələrində zəhərlənmə şübhəsi ilə 3 azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Hazırda hər üç azyaşlının müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
Tovuzda üç uşaq qidadan zəhərlənib.
3, 4 və 6 yaşlarında uşaqlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərin vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
"Report"