Goranboy şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmir sexində “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.