Almaniyanın Gisen şəhərinin (Hessen federal əyaləti) mərkəzi meydanında naməlum şəxs ətrafdakılara atəş açıb, nəticədə bir neçə nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi yerli polis nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, insident yerli vaxtla saat 15:10 radələrində (Bakı vaxtı ilə 17:10) bukmeker kontorlarından birinin yaxınlığında baş verib.
Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir, lakin hüquq-mühafizə orqanları ictimaiyyət üçün heç bir təhlükənin olmadığını düşünür. Onun tutulması istiqamətində əməliyyat aparılır.
Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.