11 oktyabr 2025 22:47
116

Efiopiyada 5,5 bal gücündə zəlzələ olub

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 500 mindən çox insanın yaşadığı Mek'ele şəhərindən 51 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir.