Heç bir şey edilməzsə, “lider” Çak Şumer və Demokratlar Partiyası üzündən qoşunlarımız oktyabrın 15-də haqları olan maaşları almaqdan məhrum olacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb. O, buna görə də Baş Komandan səlahiyyətindən istifadə edərək, müharibə katibi Pit Heqsetə oktyabrın 15-də maaşların ödənilməsi üçün mövcud olan bütün vəsaitlərdən istifadə etməyi tapşırıb.
“Mən demokratlara davam etdikləri təhlükəli şatdaunla hərbçilərimizin və bütün millətimizin təhlükəsizliyini girov saxlamağa icazə verməyəcəyəm. Radikal solçu Demokratlar hökuməti açmalıdırlar, sonra biz səhiyyə və məhv etmək istədikləri bir çox başqa məsələləri həll etmək üçün birlikdə işləyə bilərik”, - deyə Tramp əlavə edib.